Auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərinə!

                            

Hörmətli Auditorlar Palatasının üzvləri!

Azərbaycan Respublikası Auditorlar Palatası auditor fəaliyyətində innovasiyaların  geniş tətbiqi üçün auditorların bilik  və vərdişlərinin gücləndirilməsi, auditorların elektron  sənəd dövriyyəsi, habelə elektron  imza, informasiyanın elektron daşıyıcıda qorunub saxlanılması  və s. mövzularda seminar və «dəyirmi masa»ların təşkil olunması, innovasiyalı iqtisadiyyatda  uçotun təkmilləşdirilməsi,  auditdə innovasiyaların tətbiqini təmin etmək üçün zəruri olan  normativ-metodoloji bazanın yaradılması, blokçeyn texnologiyasında  auditin aparılmasına dair metodik göstərişin hazırlanması, auditorun şəxsi kabineti sisteminin  fasiləsiz fəaliyyətinin  təminatı və üzvlər arasında məlumat mübadiləsi üzrə təkliflərin hazırlanması və onların nəzarətinə dair müvafiq tədbirlər həyata keçirir və normativ sənədlər hazırlayır.

Göstərilən istiqamətlərdə həyata keçirilən işləri qiymətləndirmək, auditdə  innovasiyaların tətbiqi və auditorun şəxsi kabineti sisteminin təkmilləşdirilməsi üçün sizlərin  fikirləri, təklifləri və tövsiyələrinizi öyrənmək üçün Sizdən xahiş edirik ki, təqdim etdiyimiz  sorğunun suallarını 2 həftə ərzində aşağıdakı link vasitəsilə cavablandırasınız:

https://www.survio.com/survey/d/B3E0M7X8N4U9C5I3J