Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Dövlət Gömrük Komitəsinin işçi qrupunun görüşü keçirilmişdir
2018-11-20
Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Dövlət Gömrük Komitəsinin işçi qrupunun görüşü keçirilmişdir
Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən Gömrük Məcəlləsinin tələblərinə uyğun və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun bəzi maddələri nəzərə alınaraq “İdxal-ixrac əməliyyatlarının auditi üzrə metodik vəsait” layihəsi hazırlanmışdır. Hazırlanmış layihənin birgə müzakirəsi üçün 2018-ci il 14 noyabr tarixində Azərbaycan Dövlət Gömrük Komitəsində işçi qrupu səviyyəsində görüş keçirilmişdir. Görüşdə Auditorlar Palatasının Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi Səbuhi Gülməmmədov, Auditdə innovasiyaların tətbiqi idarəsinin rəisi Elnur İbrahimov və metodik vəsaitin müəllifi Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərov iştirak etmişdir.
Görüşdə Metodik vəsaitin müddəalarında nəzərdə tutulmuş bir çox məsələlərə dair fikir mübadiləsi aparılmış və əlavə təkliflər irəli sürülərək qəbul edilmişdir.
Sonda Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında əməkdaşlığa dair sənədin imzalanması razılığına gəlinmişdir və xatirə şəkli çəkilmişdir.