Azərbaycan Auditorlar Palatası ilə Belarus Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi imzalanıb - AZƏRTAC

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Belarus Respublikasının Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi imzalanıb.

AZƏRTAC xəbər verir ki, Sazişin imzalanması sentyabrın 16-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans çərçivəsində baş tutub.

Sazişi Auditorlar Palatasının sədri, professor Vahid Novruzov ilə Belarus Auditorlar Palatasının sədri Dmitriy İvanoviç imzalayıblar.