Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Mühasibat uçotu, hesabatlılıq və auditə nəzarət xidmətinin (SARAS) səlahiyyətli nümayəndə heyətinin işgüzar səfəri

Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Mühasibat uçotu, hesabatlılıq və auditə nəzarət xidmətinin (SARAS) səlahiyyətli nümayəndə heyətinin işgüzar səfəri

2018-11-13

Gürcüstan Respublikası Maliyyə Nazirliyinin  Mühasibat uçotu, hesabatlılıq və auditə nəzarət  xidmətinin (SARAS)  səlahiyyətli nümayəndə heyətinin işgüzar səfəri

 


 

Gürcüstan Respublikası Maliyyə Nazirliyinin

Mühasibat uçotu, hesabatlılıq və auditə nəzarət  xidmətinin (SARAS)

səlahiyyətli nümayəndə heyətinin işgüzar səfəri

2018-ci il 08-10 noyabr tarixlərində SARAS-ın rəhbəri Yuri Dolidze və həmin xidmətin Audit və Peşəkar Təhsilə nəzarət idarəsinin rəhbəri Anzor Mzhavanadzedən ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycan Respublikasının Auditorlar Palatasında işgüzar səfərdə olmuşlar.

Səfərin əsas məqsədi auditin keyfiyyətinə nəzarətə dair məsələlərin müzakirəsindən və bu sahədə təcrübə mübadiləsi aparılmasından ibarət olmuşdur.

2018-ci il 08 noyabr tarixində Auditorlar Palatasında qonaqlarla Auditorlar Palatasının struktur bölmələrinin rəhbərlərinin, Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitəsinin üzvləri və keyfiyyətə nəzarət üzrə müfəttişlərin birgə görüşü keçirilmişdir.

Görüşdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov qonaqları salamladı və ölkəmizə işgüzar səfərə gəldikləri üçün qonaqlara təşəkkürünü bildirmişdir. Daha sonra onlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə son dövrlərdə aparılan iqtisadi islahatlar və struktur dəyişiklikləri, ölkə Prezidentinin müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı, ölkəmizdə maliyyə şəffaflığının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən, əldə edilən uğurlar barədə məlumat verərək hər iki ölkə auditorlarının qarşılıqlı dostluq əlaqələrindən danışmışdır.

Daha sonra keyfiyyətə kənar nəzarətin həyata keçirilməsinin hüquqi əsasları, auditin keyfiyyətinə nəzarəti tənzimləyən normativ və hüquqi sənədlər, keyfiyyətə nəzarətin həyata keçirilməsində tətbiq olunan qayda və metodlar, keyfiyyətə nəzarət hansı formada keçirilir, keyfiyyətə nəzarət kimlər (onların say tərkibi) tərəfindən və hansı meyarlara əsasən formalaşdırılır və.s. kimi məsələlərə dair təcrübə mübadiləsinə başlanılmışdır.

Növbəti günlər isə 2018-ci il 09-10 noyabr tarixlərində hər iki ölkənin audit və mühasibatlıq qurumları ilə hesabatlılıq və şəffaflığa, auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair müzakirələr davam etdirilmişdir.

Belə bir şəraitin yaradılmasına görə Auditorlar Palatasının rəhbərliyinə dərin təşəkkürünü bildirən qonaqlar həqiqətən Azərbaycanda Auditorlar Palatasının audit sahəsində zəngin təcrübəyə malik olduğunu bildirmişlər. Sonda hər iki qurumarasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılığa gəlinmişdir.