AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2018-10-05



2018-ci il 5 oktyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidmətləri müqaviləsinin bağlanılmasına dair Auditorlar Palatasının məlumatlandırılması “Qaydası” və “Forması”nın müzakirəsi barədə;

2. “Auditorun şəxsi kabineti” elektron portalının yaradılması barədə;

3. Gürcüstanın “Mühasibat uçotu, Hesabatlılıq və Auditə Nəzarət Xidməti”nin rəhbəri Yuri Dolidzenin və nümayənədə heyətinin Bakıya səfəri barədə.