Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinin nəzərinə!

Hörmətli üzvlər,

Auditorlar Palatasının tam hüquqlu üzvü olduğu Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən IFAC-ın üzv təşkilatları, filialları və şəbəkə tərəfdaşları üçün 2022-ci il 3 noyabr tarixində Bakı vaxtı ilə saat 14:00-dan 15:30-dək davam edəcək virtual məlumat sessiyası baş tutacaqdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası öz növbəsində üzvləri olan auditorlar təşkilatlarının rəhbərlərini və sərbəst auditorları həmin onlayn tədbirdə iştirak etməyə dəvət edir.

Vebinarın keçirilməsində əsas məqsəd IFAC-ın Monitorinq Qrupu tərəfindən 2020-ci il 14 iyul tarixində dərc edilmiş “Beynəlxalq Audit və Etika Standartlarının Təsbiti Sisteminin Gücləndirilməsi” adlı sənəddə bəhs edilən audit, əminlik və etika sahəsində qlobal standartların müəyyən edilməsi prosesindəki islahatlara dair ümumi məlumatın təqdim edilməsindən və bu sənəddəki tövsiyələrin nəzərdən keçirilməsindən  ibarətdir.

Sessiya zamanı iştirakçılar tərəfindən sualların səsləndirilməsi, onlara dair cavab və rəylərin alınması üçün kifayət qədər vaxt olacaqdır. Siz öz suallarınızı noyabr 1-dək MGSession@ifac.org ünvanına e-poçt vasitəsilə ünvanlaya biləriniz.

Tədbirin onlayn olduğunu nəzərə alaraq, təşkilatınızdan bir neçə nümayəndənin iştirak etməsi mümkündür.

Nəzərinizə çatdırırıq ki, baş tutacaq virtual sessiya Beynəlxalq Mühasiblər Federasiyasının üzvləri və Şəbəkə Tərəfdaşları üçün nəzərdə tutulub.

 

Virtual tədbirdə iştirak etmək üçün aşağıdakı linkən qeydiyyatdan keçmək zəruridir:

https://ifac.jotform.com/222077450626151  

Tədbirin gündəliyi ilə buradan tanış ola bilərsiniz.

 

Beynəlxalq əlaqələr və xarici

təşkilatlarla iş üzrə komitə