Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupuna əməkdaşımız üzv seçildi.
2018-09-27
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupuna əməkdaşımız üzv seçildi.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.14-cü bəndinə uyğun olaraq, sahibkarlığın inkişafı siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq subyektlərində xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədi ilə ”Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında” qərarı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi təsdiqlənmişdir. Həmin Koordinasiya Qrupunun üzvləri siyahısına Azərbaycan Respublikası Auditorlar Palatasının Aparatının Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi Gülməmmədov Səbuhi Yediyar oğlu da daxil edilmişdir.