Azərbaycan Respublikasının Auditorlar Palatasında 27 iyul 2018-ci il tarixində növbəti “Dəyirmi Masa” iclası təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatasında 27 iyul 2018-ci il tarixində növbəti “Dəyirmi Masa” iclası təşkil olunmuşdur.

2018-07-27

Azərbaycan Respublikasının Auditorlar Palatasında 27 iyul 2018-ci il tarixində növbəti “Dəyirmi Masa” iclası təşkil olunmuşdur.

 

 



Azərbaycan Respublikasının Auditorlar Palatasında 27 iyul 2018-ci il tarixində növbəti “Dəyirmi Masa” iclası təşkil olunmuşdur. “Dəyirmi masa”nı giriş sözü ilə Auditorlar Palatasının sədri Vahid Novruzov açmış, “Auditor təşkilatlarında PL/TM-ə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin səmərəliliyinin müəyyən edilməsi üzrə metodik vəsait”in Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci “Hüquqi şəxs olan monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə qanunvericiliyin tələblərinə uyğun olaraq PL/TM-ə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulmasına və effektiv tətbiqinə metodiki dəstəyin təmin edilməsi” və Auditorlar Palatasının 2018-ci il üzrə İş Planının 1.8.3-cü bəndlərinə uyğun olaraq hazırlandığını və əsas məqsədin PL/TM-ə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin yaradılmasında auditor təşkilatlarına dəstək verməkdən ibarət olduğunu vurğulamışdır. Daha sonra Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən “Metodik Vəsait”in layihəsi “Dəyirmi Masa” iştirakçılarına təqdim olunmuşdur. Məruzə ətrafında müzakirələr aparılmış və “Dəyirmi Masa” iştirakçıları olan Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, sərbəst auditor Nazim Axundov, Auditorlar Palatası Auditin hüquqi təminatı və dövlət orqanları ilə iş idarəsinin rəisi Maarif Abbasov, Auditorlar Palatası Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsinin rəisi Elnur İbrahimov, Auditorlar Palatası Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyev, “F.N. Audit Servis” MMC-nin direktor-auditoru Fuad Əliyev, eyni zamanda “Premier Audit Konsaltinq” MMC-nin nümayəndəsi Kənan Kərimov, “İmdad Audit” MMC-nin nümayəndəsi Yusif Həsənzadə tərəfindən konkret təkliflər verilmişdir. Sonda təkliflər nəzərə alınmaqla sənədin yenidən işlənib hazırlanmaqla Auditorlar Palatası Şurasının növbəti iclasına çıxarılması qərara alınmışdır.