
Tel.: 012/498-28-55 (daxil: 118)
1997-ci il martın 12-də Bakı şəhərində anadan olmuşdur.
2014-ci ildə 6 nömrəli məktəb-liseyi bitirmişdir.
2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə bakalavr, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsalatda mühasibat uçotu və audit” ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
2021-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Dövlət İqtisad Universitetinin doktorantı olaraq təhsilini davam etdirir.
Mətbuatda və elmi jurnallarda 10-dan çox məqalələri dərc olunmuşdur.
2018-ci ildə Auditorlar Palatasının işə qəbul müsabiqəsindən uğurla keçmiş və həmin ildən etibarən aparıcı mütəxəssis, şöbə müdirinin müavini, şöbə müdiri və idarə rəisi vəzifələrində çalışmışdır.
Hal-hazırda Auditorlar Palatasının Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi vəzifəsində çalışır.
2021-ci ildən Azərbaycan Respublikasının Auditorlar Palatası Şurası yanında Elm, innovasiyaların tətbiqi və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədr müavini və Haqsız rəqabətə və dempinqə qarşı mübarizə üzrə komitənin üzvüdür.
2022-ci ildən Haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri və Elm, innovasiyaların tətbiqi və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin üzvüdür.
2023-cü ilin yanvar ayından Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. Bir övladı var.