Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərinə!

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2022-ci ilin 23 dekabr tarixində təsdiq edilmiş «Auditin aktual problemləri üzrə 2023-cü ildə “Ustad dərsləri”nin, “Dəyirmi masa”ların və seminarların təşkili üzrə plan-qrafik”ə uyğun olaraq  2023-cü ilin 25 yanvar tarixində saat 1000-da “Qabaqacıl auditorların və auditor təşkilatlarının nümayəndələrinin aparmış olduqları auditlərin tədris vəsaiti kimi müvafiq proqrama salınmaqla auditorlara metodiki dəstəyin göstərilməsi” mövzusunda ustad dərsində “Maliyyə hesabatları üzrə nümunəvi audit faylının təqdimatı” (moderator –Qəşəm Bayramov; məruzəçilər – Vəli Rəhimov, Elmira Behbudova) keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin ustad dərsində fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

 

Azərbaycan Respublikasının Auditorlar Palatası