2023-cü ilin 05 aprel tarixində “Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2023-cü ilin 05 aprel tarixində “Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulmuşdur.

Konfransın keçirilməsində məqsəd dayanıqlı inkişafın mühüm amili olan sağlam rəqabətin inkişafı, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, bu istiqamətdə preventiv tədbirlərin görülməsi sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqindən ibarətdir.

Tədbirdə bir sıra dövlət qurumlarının, Auditorlar Palatasının əməkdaşlıq etdiyi beynəlxalq və xarici mühasibat və audit qurumlarının rəhbər şəxslərinin və digər maraqlı tərəflərin iştirakı nəzərdə tutulmuşdur.

Konfrans ilə bağlı məruzə və tezislər 2023-cü il 15 mart tarixinədək aşağıda qeyd edilən elektron poçt ünvanına göndərilməklə, tezislər 2-4 səhifə, məruzələr isə 6-8 səhifə həcmində, arial 12 şriftlə, göndərən şəxsin adı, soyadı, atasının adı, elmi dərəcəsi və vəzifəsi göstərilməklə qəbul olunur. Qeyd edilən müddətdən gec göndərilən məruzə və tezislər qəbul edilməyəcəkdir.

Əlaqələndirici şəxs: Sədrin müşaviri Fəqan Qarayev (e-mail: audit-azerbaijan@audit.gov.az; tel: 012 498 28 55; mob: 055 727 74 77).

 

TƏŞKİLAT KOMİTƏSİ