Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2023-cü ilin 30 iyun tarixində "PL/TMM-ə və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditorların rolu və vəzifələri” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulmuşdur.
Konfransın keçirilməsində məqsəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli , "Hədəfli maliyyə sanksiyaları haqqında " Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli № 783-VIQD nömrəli Qanunlarının qüvvəyə minməsi ilə əlaqədar həm auditorlar qarşısında, həm də bütün öhdəlik daşıyan şəxslər qarşısında yaratdığı yeni vəzifələrin təbliğ və təşviq edilməsidir.
Tədbirdə bir sıra dövlət qurumlarının, Auditorlar Palatasının əməkdaşlıq etdiyi beynəlxalq və xarici mühasibat və audit qurumlarının rəhbər şəxslərinin və digər maraqlı tərəflərin iştirakı nəzərdə tutulmuşdur.
Konfrans ilə bağlı məruzə və tezislər 2023-cü il 15 may tarixinədək aşağıda qeyd edilən elektron poçt ünvanına göndərilməklə, tezislər 2-4 səhifə, məruzələr isə 6-8 səhifə həcmində, arial 12 şriftlə, göndərən şəxsin adı, soyadı, atasının adı, elmi dərəcəsi və vəzifəsi göstərilməklə qəbul olunur.
Əlaqələndirici şəxs: Sədrin elmi və metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov (e-mail: audit-azerbaijan@audit.gov.az; tel: 012 498 28 55; mob: 050 330 55 22).
TƏŞKİLAT KOMİTƏSİ