AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2018-06-12
2018-ci il 12 iyun tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. “Auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabat forması və hesabatın tərtib edilməsinə dair Təlimat” barədə;
2. 2018-ci il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramının və qrafikinin layihəsinin hazırlanması barədə.