2023-cü ilin 22 fevral tarixində saat 10:00-da ustad dərsi keçiriləcəkdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2022-ci ilin 23 dekabr tarixində təsdiq edilmiş «Auditin aktual problemləri üzrə 2023-cü ildə “Ustad dərsləri”nin, “Dəyirmi masa”ların və seminarların təşkili üzrə plan-qrafik”ə uyğun olaraq  2023-cü ilin 22 fevral tarixində saat 1000-da “10 saylı “Hesabat dövründən sonrakı hadisələr” BMUS və “560 saylı “Sonrakı hadisələr” BAS (moderator –Qəşəm Bayramov; məruzəçilər – Nəriman Niftəliyev “Deloitte &Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin Audit üzrə meneceri, Fatimə Bayramova - “Deloitte &Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin Audit üzrə baş mütəxəssisi) barəsində ustad dərsi keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin ustad dərsində iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

 

Azərbaycan Respublikasının Auditorlar Palatası