Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında memorandum imzalandı.
2018-05-22
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında memorandum imzalandı.
Memorandum Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin direktoru Fərhad Əmirbəyov və Beynəlxalq Təlimvə Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov tərəfindən imzalandı.
Əməkdaşlığın əsas məqsədi, qarşılıqlı əlaqələri möhkəmləndirərək, birgə fəaliyyət göstərmək, eyni zamanda mərkəzlərin bilik və təcrübələrini birləşdirərək Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsinə nail olmaqdır.
Qeyd olunanlarla yanaşı, memorandumda sahibkarlıq fəaliyyəti sahəsində qarşılıqlı informasiya mübadiləsinin aparılması, beynəlxalq imtahan mərkəzi statuslarının lokallaşdırılması, təhsil sahəsində elan edilmiş trendlərdə iştirak və layihələrin icrası, birgə tədbirlərin keçirilməsi və treyninqlərin aparılması, layihələrin təşkili, seminar, konfrans, Mini-MBA proqramlarının təşkili və sərgilərdə birgə iştirak edilməsi, sahibkarlıq subyektləri ilə birgə informasiya mübadiləsinin aparılması, təşəbbüskar layihələrin işlənməsinə və sağlam sahibkarlıq mühitinin formalaşmasına yardım edilməsi istiqamətli məsələlər öz əksini tapmışdır.