2018-ci il 17-18 may tarixlərində Azərbaycan Respublikası Auditorlar Palatasının 2018-ci il üzrə iş planının 3.9-cu “Keyfiyyətə nəzarət üzrə müfəttişlərin ixtisasartırmalarının təşkili” bəndinə əsasən Keyfiyyətə nəzarət üzrə müfəttişlərin ixtisasartırmalarının təşkilinə dair seminar keçirilmişdir.
2018-05-18

Seminarı Auditorlar Palatasının Keyfiyyətə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyev açaraq, gündəlikdə duran məsələlər ilə bağlı iştirakçılara məlumat verdi və aparilan auditlərin keyfiyyətinə kənar nəzarətə dair yoxlamalar zaman aşkar olunmuş nöqsan və çatışmazlıqlar haqqında məlumat verdi.
Seminarda Auditorlar Palatası Sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Standartlaşdırma və metodologiya üzrə Komitəsinin sədri, ”ANR Audit” MMC-nin direktoru Namiq Abbaslı və Auditin Keyfiyyətinə nəzarət Komitəsinin sədri Vəli Kərimov çıxış etmişdilər.
Mövzu ətrafında müfəttişlərlə geniş müzakirələr və təcrübə mübadiləsi aparılmış, bir sıra izahlar verilmiş və qarşıda duran vəzifələrin icrasının yüksək peşəkarlıqla təmin edilməsi qeyd olunmuşdur.
Gələcəkdə belə görüşlərin keçirilməsinə ehtiyac olduğu vurğulanmışdır.