“Daxili auditin əsasları” üzrə tədris edilən növbəti təlimin sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

“Daxili auditin əsasları” üzrə tədris edilən növbəti təlimin sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

2018-05-17

“Daxili auditin əsasları” üzrə tədris edilən növbəti təlimin sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

 

 

 

Daxili auditin əsasları” üzrə tədris edilən növbəti təlimin sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl olaraq həyata keçirilən tədbirlərin davamlı icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasında beynəlxalq təcrübə əsasında daxili auditor kadrlarının hazırlanması məqsədilə növbəti “Daxili auditin əsasları” tədris kursu keçirilmişdir. Tədris Ali Audit Qurumlarının Beynəlxalq Sertifikatlı mütəxəssisi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin sədri, sərbəst auditor Üzeyir Fətiyev tərəfindən aparılmışdır.

Kurslarda  “Azərbaycan Dəmir Yolları” QSC-ni  "Azərbaycan Dəmir Yolları Əmlak" MMC-ni  təmsil edən 13 nəfər nümayəndələri iştirak etmişdir. 2018-ci il 16 may tarixində Auditorlar Palatasında kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.

Təqdimetmə mərasimində Ali Audit Qurumlarının Beynəlxalq Sertifikatlı mütəxəssisi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin sədri, sərbəst auditor Üzeyir Fətiyev və Azərbaycan Respublikası Auditorlar Palatasının Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdir müavini Aytən Seyidəliyeva təlimi müvəffəqiyyətlə bitirmiş nümayəndələri təbrik edərək sertifikatlarını təqdim etmişlər