Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərinə!

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2022-ci ilin 23 dekabr tarixində təsdiq edilmiş «Auditin aktual problemləri üzrə 2023-cü ildə “Ustad dərsləri”nin, “Dəyirmi masa”ların və seminarların təşkili üzrə plan-qrafik”ə uyğun olaraq  2023-cü ilin 18 aprel tarixində saat 1000-da “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”ın tətbiqinə dair seminar (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov,  Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov) keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin seminarda fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09