2018-ci il 08 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

2018-ci il 08 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

2018-05-10

2018-ci il 08 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

 

 


Azərbaycan Respublikası Auditorlar Palatasında 2018-ci il 08 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Auditorlar Palatasının sədri, professor V.Novruzov açaraq, gündəlikdə duran məsələlər ilə bağlı iştirakçılara məlumat verdi və çıxışa başlamazdan öncə ümummilli liderimiz Heydər Əliyevin 95-ci ildönümü ilə əlaqədar onun həyat və fəaliyyətindən bəhs edən məqamları geniş təhlil edərək iştirakçıların nəzərinə çatdırdı. O, qeyd etdi ki, hər kəsə məlumdur ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycan hakimiyyətinə gəlməsinin nəticəsidir ki, biz bugün sərbəst, firəvan ölkədə yaşayırıq. Azərbaycan dünya ölkələri arasında çox yüksək reytinq qazanmışdır və Azərbaycanın sosial-iqtisadi inkişafı bütün qonşu ölkələrdən qat-qat yüksəkdir. Məhz ulu öndərin apardığı dövlətçilik siyasətinin nəticəsində ölkəmizin həmin anlarda məruz qaldığı parçalanma təhlükəsindən xilas olmasına zəmin yaratdı. Heydər Əliyevin dediyi kimi müstəqilliyi əldə etmək nə qədər çətin olsada onu saxlamaq bir o qədər çətindir. Buna görə də ulu öndərin həyata keçirdiyi və uzun illərə hesablanmış dövlət quruculuğu strategiyası sayəsində Azərbaycan öz müstəqilliyini möhkəmləndirdi və iqtisadiyyatını surətlə inkişaf etdirdi. Azərbaycanda iqtisadi islahatlar sistemli şəkildə həyata keçirilir.

Azərbaycan Respublikası müstəqillik əldə          etdikdən sonra bir sıra sahələrdə olduğu kimi, iqtisadiyyatın mühüm sahəsi olan maliyyə nəzarətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə, dünya təcrübəsində maliyyə nəzarətinin geniş yayılmış və mütərəqqi forması olan auditor xidmətinin Azərbaycanda da tətbiqinin zəruriliyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Bu məqsədlə, 1994-cü il 16 sentyabr tarixində «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununun imzalayaraq, ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini həyata keçirən orqan olaraq, Auditorlar Palatasına tapşırıldı və 1996-cı ilin aprel ayından fəaliyyətə başlayaraq ölkədə həyata keçirilən iqtisadi islahatların inkişafına öz müsbət töhfəsin vermişdir.

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçiliyimizin inkişafına xidmət edən siyasət bugün də, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və məqsədyönlü şəkildə davam etdirilir. Hörmətli prezidentimiz cənab İlham Əliyev ümummilli liderimizə layiqli davamçı olduğunu gördüyü işlərlə, həyata keçirdiyi islahatlarla sübuta yetirir və Azərbaycan xalqının tərəqqisi naminə əlindən gələni əsirgəməyərək gərgin əməklə fəaliyyətini davam etdirir.

Ölkə prezidenti cənab İlham Əliyev hakimiyyətə gələn ilk gündən bir neçə mühüm əhəmiyyətli Dövlət Proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzaladı. Bildiyiniz kimi, Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar ölkə prezidenti bizim əməkdaşları və üzvlərimizi yubiley münasibətilə təbrik etdi və auditor xidmətinin dövlət tənzimlənməsini həyata keçirən orqan olaraq Auditorlar Palatasının 1996-cı ilin aprel ayından bugünədək ölkədə həyata keçirilən iqtisadi islahatların inkişafında xidmətlərə görə göndərdiyi təbrik məktubundakı verdiyi qiyməti bizim hamımız üçün sevindirici hal kimi qeyd etdi və bütün auditorlar adından ölkə başçısına bir daha öz təşəkkürünü bildirdi.

Eyni zamanda ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 15 illiyi və 20 illiyi ilə əlaqədar, ölkəmizdə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə 21 nəfər əməkdaşımızın və üzvlərimizin “Tərəqqi medalı” təltif edilməsi ilə bağlı 2011-ci il 15 sentyabr və 2016-cı il 04 aptel tarixli sərəncamları bir daha ölkə başçısının auditor xidmətinə verdiyi həm qiymət, həm də böyük dəstəkdir. Bu bir daha bizi öz işimizə məsuliyyətlə yanaşmağı, dövlətin bir ictimai nəzarət orqanı kimi qarşımıza qoyulan vəzifələrin öhdəsində layiqincə gəlməyimizi iştirakçılara bəyan etdi və bu işdə hamıya uğurlar arzuladı.

Bundan başqa, Auditorlar Palatasının 20-ci ildönümü münasibətilə Auditorlar Palatasının kollektivinə və üzvlərinə, eləcə də 2017-ci ilin 21-23 sentyabr tarixlərində Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans iştirakçılarına ünvanladığı təbrik məktubları auditə verdiyi yüksək qiymətin bariz nümunəsidir.

Sonda o bir daha ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının, eləcə də bütövlükdə dünya Azərbaycanlılarının qəlbində daima ehtiramla yad olunacağını və yaddaşlarda qalacağını bildirdi.

Allah ona rəhmət eləsin, ruhu şad olsun, qəbri nurla dolsun.

Bu məsələ ilə bağlı iclas iştirakçıları da (F.İsmayılov, Q.Bayramov, E.Behbudova və N.İsmayılova) çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı öz fikirlərini iştirakçılara çatdırdılar və ona Allahdan rəhmət dilədilər.

          Gündəlikdə duran 2-ci məsələ ilə əlaqədar Auditorlar Palatası sədrinin müavini F.İsmayılov – “Azərbaycan son 15 ildə iqtisadi baxımdan sürətlə inkişaf etmiş, böyük nailiyyətlər əldə etmişdir. Dünyada etibarlı tərəfdaş kimi tanınır və bu da vətəndaşların həyatına təsir edir. Bütün bunları nəzərə alaraq, 2018-ci il 11 aprel tarixində keçirilmiş Prezident seçkilərində seçicilərin yüksək səviyyədə seçkilərə gəlməsi təbiidir. Prezident seçkiləri ədalətli, şəffaf və demokratik şəkildə keçdi. Seçici məntəqələrində bütün lazımi şərait yaradılmışdı və müasir avadanlıqlar  quraşdırılmışdı” - deyə vurğulayıb.

Daha sonra F.İsmayılov YAP Səbail rayon təşkilatı tərəfindən YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 2018-ci il 11 aprel tarixində keçirilən Prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasında xüsusi fəallıq göstərdiklərinə görə «Fəxri Fərman» ilə təltif olunan Auditorlar Palatasının (V.Novruzov, S.Gülməmmədov, E.Behbudova, A.Seyidəliyeva, N.İsmayılov, Ə.Əhmədov) əməkdaşlarını təbrik edərək «Fəxri Fərman»larını təqdim etmişdir.

Gündəlikdə duran 3-cü məsələ barədə Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi S.Gülməmmədov iclas iştirakçılarına məlumat verərək qeyd etdi ki, təşkilatımızın fəaliyyət istiqaməti genişləndikcə, Yeni Azərbaycan partiyası sıralarına qoşulmaq istəyənlərin sayıda artmaqdadır. Biz bu şəxslərə daha qayğı ilə yanaşıb, onların saf, aydın məqsəd və əqidəsinə arxayın olduqdan sonra onlara partiya üzvlüyünə qəbul olmaq üçün şərait yaratmalıyıq.

Məhz  bizə 4 gənc əməkdaşımız Paşayeva Vəfa Sabir qızı, Abdullayev Orxan Natiq oğlu, Əliyeva Şəfəq Nəbi qızı və Əliyev Elvin Elçin oğlubu məqsədlə müraciət etmiş, biz onlara müəyyən qədər vaxt da vermişdik. Onların fəaliyyəti hamının gözü qabağındadır, kollektivin çox böyük hörmətini qazanmışlar və özlərini həm işdə, həm də münasibətdə müsbət tərəfdən göstərmişlər.

Zənnimizcə, biz onların partiya üzvlüyünə qəbulu məsələsinə baxa bilərik. Bu məsələ ilə bağlı V.Novruzov, F.İsmayılov, Q.Bayramov və başqaları çıxış edib onların YAP üzvlüyünə hazır olduqlarını və öz işlərində fəal olduqları kimi, siyasi səaliyyətlərində də fəal olacaqlarını bildirdilər.