Gürcüstanın Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyəti ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında yeni əməkdaşlığa dair razılıq əldə edilmişdir
2018-05-02
Gürcüstanın Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyəti ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında yeni əməkdaşlığa dair razılıq əldə edilmişdir
2018-ci il 01 may tarixində Gürcüstanın Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin icraçı direktoru Giorgi Rusiaşvili ilə Auditorlar Palatasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov qonağı salamladı və ona Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə aparılan iqtisadi islahatlar və struktur dəyişiklikləri, Auditorlar Palatası tərəfindən auditor xidmətinin tənzimlənməsi istiqamətində görülən işlər və ölkə Prezidentinin müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verdi.
Görüş zamanı yeni təsis edilmiş Gürcüstanın Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin icraçı direktoru Giorgi Rusiaşvili qəbula görə öz təşəkkürünü bildirdi və öncə yeni yaradılmış cəmiyyət haqqında geniş məlumat verdi. Sonra o qeyd etdi ki, bizim Azərbaycan auditorları ilə uzun müddətdir işgüzar əlaqələrimiz mövcuddur və bu gün biz daha yeni bir əlaqələrin təməlini qoymaqla hər iki ölkənin audit qurumlarının işinin tənzimlənməsi istiqamətində xeyli işlər görmüş olcağıq.
Sonra Gürcüstanın Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyəti ilə Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Azərbaycan təmsilçisi Auditorlar Palatası arasında səmərəli əməkdaşlığın qurulmasına və onun gələcək inkişaf perspektivlərinə, habelə İFAC qarşısında qoyulan üzvlük öhdəliklərinin yerinə yetirilməsinə dair işgüzar müzakirələr aparılmışdır.
Müzakirə zamanı Gürcüstanın Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyəti ilə Auditorlar Palatasının bundan sonra da sıx əməkdaşlığının davam etdirilməsi məqsədəmüvafiq hesab edildi.
Görüşdə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi Səbuhi Gülməmmədov və Sərbəst auditor Nazim Axundov iştirak etmişlər.
Sonda qonaqla xatirə şəkili çəkilmişdir.