Şirkətdaxili nəzarətin təşkilinə dair mütəxəssislərin hazırlanması üzrə 2023-cü il iyul ayından etibarən ödənişli kurslar təşkil ediləcəkdir.  

       Auditor təşkilatlarının rəhbərlərinin nəzərinə!

        Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun olaraq Auditorlar Palatasının 2023-cü il üzrə iş planının 5.13-cü "Şirkətdaxili keyfiyyətə nəzarət üzrə kadr hazırlığının təşkili" bəndinə müvafiq olaraq, şirkətdaxili nəzarətin təşkilinə dair Beynəlxalq Audit Standartlarının, Auditorlar Palatasının Şurasının təsdiq etdiyi normativ sənədlərin icrasına dəstək göstərmək məqsədilə Auditorlar Palatası tərəfindən şirkətdaxili nəzarətin təşkilinə dair mütəxəssislərin hazırlanması üzrə 2023-cü il iyul ayından etibarən ödənişli kurslar təşkil edilir.  

       Kursun 1 nəfər üçün ödənişi - 300 AZN təşkil edir.

       Kurs vebinar formatda "Zoom" proqramı vasitəsilə keçiriləcəkdir. 

 

Əlaqə: Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri Zaur Almazov (050) 321-95-80