Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlıq uğurla davam etdirilir

2018-04-30

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında 2017-ci il 28 noyabr tarixində imzalanmış Əməkdaşlıq Sazişinin müddəalarından irəli gələn vəzifələrin icrasını təmin etmək və Auditorlar Palatasının 2018-ci il üzrə iş planının 4.8-ci “Ali təhsil müəssisələrində mühasibat uçotu və audit ixtisası üzrə kadrların hazırlanmasında peşəkar mühasiblərin və auditorların iştirakının genişləndirilməsi” bəndinə uyğun olaraq, Universitet rəhbərliyinin müraciəti əsasında kadrların hazırlanması, yenidən hazırlanılması və ixtisaslarının artırılması, maliyyə, mühasibat uçotu və audit sahələrində elmi tədqiqatların aparılması, qarşılıqlı məsləhətləşmə və ekspertizaların həyata keçirilməsi, informasiya mübadiləsinin bərqərar edilməsi məqsədilə, 2018-ci il 20 aprel tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibatlıq” fakultəsinin dekanlığı və “Mühasibat uçotu və audit” kafedrasının professor, müəllim və tələbə heyətləri ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun görüşü keçirilmişdir.

Görüşdə V.Novruzov “Şəffaflıq. Hesabatlılıq. Audit” mövzusunda geniş məruzə ilə çıxış etdi. Eyni zamanda tədbir iştirakçılarına Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə aparılan iqtisadi islahatlar və struktur dəyişiklikləri, Auditorlar Palatası tərəfindən auditor xidmətinin tənzimlənməsi istiqamətində görülən işlər və ölkə Prezidentinin müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verildi. Sonda məruzə ətrafında müzakirələrə başlanılmış, universitetin professor, müəllim və tələbə heyətlərinin verdiyi suallar məruzəçi tərəfindən ətraflı cavablandırılmışdır.

Tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərliyi altında nümayəndələr: Palatanın Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi Səbuhi Gülməmmədov və Sədrin köməkçisi İmam Baxış Zeynallı iştirak etmişlər.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilmişdir.