2023-cü ilin 22 iyun tarixində saat 10:00-da ustad dərsi keçiriləcəkdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2022-ci ilin 23 dekabr tarixində təsdiq edilmiş «Auditin aktual problemləri üzrə 2023-cü ildə “Ustad dərsləri”nin, “Dəyirmi masa”ların və seminarların təşkili üzrə plan-qrafik”ə uyğun olaraq  2023-cü ilin 22 iyun tarixində saat 1000-da “Qabaqcıl auditorların və auditor təşkilatlarının nümayəndələrinin aparmış olduqları auditlərin tədris vəsaiti kimi müvafiq proqrama salınmaqla auditorlara metodiki dəstəyin göstərilməsi” mövzusunda ustad dərsində “Əlaqəli auditor xidmətləri üzrə nümunəvi audit faylının təqdimatı” (moderator – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova) və “Vergi və mühasibat uçotu fərqləri ilə bağlı audit zamanı tələblər” mövzusunda (moderator – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov; məruzəçi – Sərbəst auditor Altay Cəfərov) mövzusunda nəzərdə tutulmuş ustad dərsi keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin ustad dərsində fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09