AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2018-02-23
2018-ci il 23 fevral tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair Hesabatı;
2. 2017-ci ildə auditor təşkilatlarının (sərbəst auditorların) apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal-təhlilin hazırlanması barədə;
3. “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən aparılmış auditlərin keyfiyyətinə kənar nəzarətin həyata keçirilməsi üzrə 2018-ci il üçün Plan-qrafik” barədə;
4. Auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi barədə Qaydaya edilmiş dəyişikliklər barədə.