Azərbaycan Respublikasının Auditorlar Palatasında 2018-ci ilin 16 fevral tarixində növbəti “dəyirmi masa” iclası təşkil olunmuşdur.
2018-02-16
Azərbaycan Respublikasının Auditorlar Palatasında 2018-ci ilin 16 fevral tarixində növbəti “dəyirmi masa” iclası keçirilmişdir. “Dəyirmi masa”da Auditorlar Palatasının Sədri Vahid Novruzov “Dünya praktikasında məcburi audit problemləri” mövzusunda çıxış etmişdir.
Daha sonra Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov tərəfindən “Məcburi audit subyektləri üzrə auditdən keçmə meyarları” barədə məruzə təqdim olunmuşdur. Məruzə ətrafında müzakirələr aparılmış və “dəyirmi masa” iştirakçıları tərəfindən konkret təkliflər verilmişdir. Sonda təkliflər nəzərə alınmaqla sənədin yenidən işlənib hazırlanmaqla müvafiq ünvanlara baxılmaq üçün göndərilməsi tövsiyyə edilmişdir.
"Dəyirmi masa"da həmçinin Auditorlar Palatasının fəaliyyətində mövcud olan digər aktual məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.