Azərbaycan Respublikasının Auditorlar Palatasında Beynəlxalq Audit Standartlarına edilmiş dəyişikliklər barədə Auditorlar Palatasının üzvlərinin iştirakı ilə seminar keçirilmişdir.
2018-01-23
Azərbaycan Respublikasının Auditorlar Palatasında 2018-ci il 23 yanvar tarixində Beynəlxalq Audit Standartlarına edilmiş dəyişikliklər barədə Auditorlar Palatasının üzvlərinin iştirakı ilə seminar keçirilmişdir.
Seminarda Auditorlar Palatası Sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Beynəlxalq Standartlar və Metodiki təminat Komitəsinin sədri, ”ANR Audit” MMC-nin direktoru Namiq Abbaslı və Auditin Keyfiyyətinə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyev çıxış etmişdilər.
Mövzu ətrafında geniş müzakirələr və təcrübə mübadiləsi aparılmış, bir sıra izahlar verilmiş və qarşıda duran vəzifələrin icrasının yüksək peşəkarlıqla təmin edilməsi vurğulanmışdır.