Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən 2022-ci ilin 23 dekabr tarixində təsdiq edilmiş «Auditin aktual problemləri üzrə 2023-cü ildə “Ustad dərsləri”nin, “Dəyirmi masa”ların və seminarların təşkili üzrə plan-qrafik”ə və “Audit sistemində minimum hədlərin hesablanmasına dair onlayn kalkulyator sisteminin yaradılması barədə” 2023-cü il 4 noyabr tarixli 1/24 nömrəli sərəncamına uyğun olaraq 2023-cü ilin 12 dekabr tarixində saat 1000-da “Auditorun şəxsi kabineti sistemində tətbiq edilmiş yeniliklər” və “Audit sistemində minimum hədlərin hesablanmasına dair onlayn kalkulyator sisteminin tətbiqi” mövzularında seminar (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov) keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin seminarda fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09