Azərbaycan Respublikası Auditorlar Palatasının
üzvləri olan auditor təşkilatlarının rəhbərlərinin və
sərbəst auditorların nəzərinə!
Azərbaycan Respublikası Auditorlar Palata Şurasının 2023-ci il 28 dekabr tarixli 362/1 nömrəli qərarı ilə təsdiq edilmiş « Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə İş Planı”nın 9.2.1-ci “Auditorlar Palatasının əməkdaşları və üzvləri üçün sahəvi risklər” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov), 9.2.2-ci “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair tədbirlərin Təqdimatı” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) və “Dövlət satınalmaları haqqında qanunvericilikdə dəyişikliklər” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) bəndlərində nəzərdə tutulmuş mövzular üzrə 2024-cü ilin 17 yanvar tarixində saat 1000-da seminar keçiriləcəkdir.
Sizdən xahiş edirik ki, həmin seminarda fəal iştirak edəsiniz.
Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:
https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09
Azərbaycan Respublikasının Auditorlar Palatası