2024-cü il 02 fevral tarixində Auditorlar Palatasının üzvü sərbəst auditor Cəfərov Nazim Suxənvər oğlunun 70 illik yubileyi qeyd edilib.
Tədbirdə Auditorlar Palatasının icraçı direktor Səbuhi Gülməmmədov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Nazim Cəfərovun keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirildi və xatirə şəkili çəkildi.
Qalareya