2024-cü ilin 15 fevral tarixində saat 10:00-da seminar keçiriləcəkdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2023-cü il 28 dekabr tarixli 362/1 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə İş Planı”nın 9.2.6-cı “Vergi məcəlləsinin və Maliyyə Hesabatlarının praktiki tətbiqi üzrə seminarın keçirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov, Şamxal Kərimov–Sərbəst auditor,Anar Bayramov -  “Bizcon Audit” MMC-nin direktor-auditoru), “Beynəlxalq Audit Standartlarında və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında edilmiş son dəyişikliklər (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov), 9.2.7-ci “Auditorlar Palatası tərəfindən aşkar edilmiş (ölkə, sahəvi və institusional) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə zəifliklərə və təhdidlərə dair seminarın keçilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) və 9.2.8-ci “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin müqabilində öhdəlik daşıyan şəxslərin, auditor xidməti göstərən şəxslərin, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin geriyə məlumatlandırılmasına dair Qaydalar” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) barədə seminarın keçirilməsi” bəndlərində nəzərdə tutulmuş mövzular üzrə 2024-cü ilin 15 fevral tarixində saat 1000-da seminar keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin seminarda fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

09.02.2024