Azərbaycan Respublikasında auditor xidmətinin dövlət tənzimlənməsinin təşkilinə, auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərinin müdafiəsinə, auditin aktual məsələlərinin və problemlərinin həllinə, Auditorlar Palatasının Aparatında çalışan və Palatanın üzvləri olan qadınların problemlərinin həllində onlara kömək göstərilməsi məqsədilə, Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2023-cü il 14 dekabr tarixli 361/9 nömrəli “Azərbaycan Respublikasının Auditorlar Palatası Qadınlar Şurasının yaradılması və tərkibinin təsdiq edilməsi barədə” Qərarına uyğun olaraq 2024-cü il 12 fevral tarixində onlayn iclas keçirilib.
İclası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov açaraq ilk növbədə Palatanın Qadınlar Şurasının üzvlərini rəhbərlik adından təbtik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. S.Gülməmmədov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən müdrik siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən islahatlar prosesinə çoxşaxəli fəaliyyətləri ilə xanımlar mühüm töhfələr verir, ictimai-siyasi fəaliyyətləri dövründə hər zaman milli dövlətçilik mövqeyindən çıxış edir, çalışdıqları sahədə öz yüksək peşəkarlıqları ilə Azərbaycan dövlətinə və xalqına xidmət edirlər.
S.Gülməmmədov sonra təşkilati məsələlərə dair gündəliyin müzakirəsinə başlayıb, vurğulayıb ki, Auditorlar Palatasının Qadınlar Şurasında təmsil olunan 11 nəfərin hər biri məsuliyyətli, vicdanlı, peşəkar xanımlardır və onlardan daha əvvəl çalışmış, ölkəmizdə audit sistemin inkişafındakı xidmətləri nəzərə alınaraq Palatanın üzvü, “L.B. Audit xidməti” MMC-nin direktoru-auditor Bayramova Lamiyə Qəşəm qızı Qadınlar Şurasına sədr, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Audit partnyoru-auditor Kərimova Nərgiz Tahir qızı isə sədr müavini təklif olunur. Qadınlar Şurasının hər bir üzvü təklif olunan məsələyə münasibətlərini bildirərək hər iki şəxsin bu vəzifəyə layiq olduqlarını vurğulayaraq yekdiliklə öz razılıqlarını bildiriblər.
S.Gülməmmədov Auditorlar Palatasının Qadınlar Şurasının sədri və sədr müavini vəzifələrinə seçildiklərinə görə “L.B. Audit xidməti” MMC-nin direktoru-auditor Bayramova Lamiyə Qəşəm qızını və “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Audit partnyoru-auditor Kərimova Nərgiz Tahir qızını Palatanın rəhbərliyi adından təbrik edərək bir daha Qadınlar Şurasına gəlcək işlərində uğurlar arzulayıb.
Auditorlar Palatasının Qadınlar Şurasının sədri L.Bayramova və sədr müavini N.Kərimova çıxış edərək, böyük etimada görə Palatanın rəhbərliyinə və Qadınlar Şurasının üzvlərinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda S.Gülməmmədov Qadınlar Şurasının gələcək işlərindən və qarşıda duran vəzifələrindən bəhs edib, eyni zamanda 2024-cü ilin iş planının qısa müddətdə hazırlanıb təqdim olunması tapşırılıb.
Qalareya