AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2017-12-20
2017-ci il 20 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə bağlanacaq partnyorluq sazişinin layihəsinin müzakirəsi barədə
2. Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, “dəyirmi masa”ların və seminarların təşkili barədə
3. Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunmasına nəzarət və bu barədə illik hesabatın hazırlanması barədə
4. Auditorların və Palatanın əməkdaşlarının xarici və beynəlxalq qurumlarda təcrübə mübadiləsinin təşkili barədə