Nəcəf Musa oğlu Talıbov
1956-cı il dekabrın 16-da Qazax şəhərində anadan olmuşdur. 1974-cü ildə Qazax şəhəri 1 nömrəli orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdirXalq təsərrüfatının müxtəlif sahələrində baş mühasib və dövlət idarəetmə orqanlarında məsul vəzifələrdə çalışmışdır (1980-1999).
1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.
2005-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri vəzifəsində çalışır.
Auditorlar Palatası və bir sıra xarici ölkələrdə təşkil edilmiş seminarlarda, simpoziumlarda, konfranslarda iştirak etmiş və 20-dən çox sertifikatlar əldə etmişdir. Auditin aparılması və tənzimlənməsinə dair 50-dən çox sahəvi proqramın, metodik göstərişin, təlimat və qaydanın müəllifidir. «Audit» (2011), «Daxili audit» dərsliklərinin, "Audit. Qanunvericilik və normativ sənədlər" toplusunun ( 4-cü- 11-cu cildlər) və digər 20-dən çox nəşrin həmmüəllifi və tərtibçisidir.
29 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının “Fəxri auditor”u adına layiq görülmüşdür.
2020-ci ilin sentyabr ayında Gürcüstan Respublikasının “Fəxri auditor”u adına layiq görülmüşdür.
"Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların Milli İnstitu"nun (Rusiya Federasiyası) «За вклад в развитие НИПБ» (19 avqust 2011), "Заслуженный бухгалтер" (4 aprel 2016), "Заслуженный ревизор" (16 sentyabr 2021-ci il) medalları ilə təltif edilmişdir.
2016-cı il aprelin 4-də ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Qalareya