Həsənov Rəşad Novruz oğlu

Həsənov Rəşad Novruz oğlu 23 may 1990-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1996-2007-ci illərdə Bakı şəhərində almışdır. 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Muhasibat uçotu və audit” ixtisasına daxil olub. 2011-ci ildə bakalavr pilləsini bitirərək magistr pilləsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin  “Milli hesablar sistemi” ixtisasına daxil olmuş və 2015-ci ildə məzun olmuşdur. 2012-2013-cü illərdə Azəryolservis ASC “80 saylı yol istismar “ MMC-də mütəxəssis, 2013-2014-cü illərdə  “Azərsu” ASC Xəzər rayon Sukanal İdarəsi Mühasibat uçotu və hesabatı şöbəsində mühasib, 2014-2016-cı illərdə “Azərsu” ASC İdarəetmə Aparatı Mühasibat uçotu və hesabatı şöbəsində mühasib və  “Azərsu” ASC Oğuz-Qəbələ-Bakı  STİ-də Mühasibat uçotu və hesabatı şöbəsinin rəisi- baş mühasib, 2016-2017-ci illərdə “Azərsu “ASC  İdarəetmə aparatı Maliyyə və vergilər şöbəsində vergi üzrə iqtisadçı, 2017-ci ildə “Azital Mebel” MMC-də baş mühasib,  2017-2018-ci illərdə Gilan Agriculture Group (MKT İK MMC)-də Maliyyə nəzarətçisi (bir neçə idarənin maliyyə kuratoru), 2018-2019-cu illərdə Nurgün Group-da daxili auditor, 2019-cu ildə “ARİS” MMC-DƏ baş mühasib, 2019-2020-ci illərdə “El-Seym İnşaat” MMC-də  maliyyə üzrə direktor müavini, 2020-2021-ci illərdə  “El-Seym İnşaat” QSC-də maliyyə üzrə sədr müavini, 2021-2022-ci illərdə “İ and H Partners Financial Audit” MMC-də  direktor-auditor, 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO" PHŞ-də maliyyə direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda isə “Professional Financial Experts” MMC –nin direktor-auditoru kimi fəaliyyət göstərir. 

Eyni zamanda Maliyyə nazirliyi yanında Maliyyə Elm Tədris Mərkəzində Kommersiya təşkilatlarında MUBS əsasında praktiki mühasibatlıq,vergi və 1C proqramı  təlimi üzrə baş müəllim, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 4.2.5-ci maddəsinə əsasən  Mühasibat Uçotunun Beynəlxalq Standartlarının “Kiçik və orta sahibkarlıq” subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "KOS subyektlərində mühasibat uçotunun aparılması" mövzusunda təlimlərdə təlimçi kimi də fəaliyyət göstərmişdir. 

Bütün bunlardan əlavə maliyyə, mühasibatlıq və audit sahəsində beynəlxalq standartları mənimsəyərək yerli sertifikatlarla yanaşı bir çox beynəlxalq sertifikatlara da layiq görülmüşdür. Azərbaycan və ingilis dilini bilir. Ailəlidir.

Qalareya