Süleyman İlham Süleyman

     

1960-cı ilin iyulun 14-də Şəki rayonunun  Oxud kəndində müəllim ailəsində anadan olmuşdur.
1977-1982-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İnşaatçı-mühəndis”ixtisasını fərqlənmə diplomu ilə, 1996-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin qiyabi şöbəsini “Hüquqşünas” ixtisası üzrə bitirmişdir.


1982-1992-ci illərdə “Santexquraşdırma” Trestində mühəndis, baş mühasibin müavini, maliyyə şöbəsinin rəisi vəzifələrində işləmişdir.

1989-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İstilik-qaz təchizatı, ventilyasiya” kafedrasında saat hesabı ilə müəllim işləmişdir.

1992-1994-cü illərdə Maliyyə Nazirliyinin “Azəraudit” Mərkəzinin Nəsimi rayon şöbəsinin rəis müavini vəzifəsində işləmişdir.

1994-2003-cü illərdə “Azinteroyl” Azərbaycan-Rusiya-İsveçrə Birgə Müəssisəsinin baş mühasibi olmuşdur.

1999-cu ildən indiyədək Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür.

2000-2003-cü illərdə sərbəst auditor kimi fəaliyyət göstərmişdir.

2005-2011-ci illərdə  “Atəşgah” Sığorta Şirkətində hüquq şöbəsinin rəisi, iqtisad şöbəsinin rəisi, daxili auditor vəzifələrində işləmişdir.

2011-2021-ci illərdə “İmdad Audit” auditor şirkətinin baş direktoru-auditoru olmuşdur. Şirkət 2018-ci ildə Auditorlar Palatasının keçirdiyi müsabiqədə yerli auditor şirkətlərinin reytinq cədvəlində 1-ci yeri tutmuşdur.

2021-ci ilin mart ayından indiyə kimi sərbəst auditor kimi fəaliyyət göstərir.

Auditorlar Palatası Şurası yanında Auditorların İxtisasının artırılması və Peşə Təhsili Komitəsinin sədridir.

Auditor adı almaq üçün keçirilən dövlət imtahan komissiyasının üzvüdür.

Fəxri auditordur (2021-ci il).

Ailəlidir, 3 övladı var.

Əlaqə nömrəsi: (+994 50) 201-66-10

e-mail: ilham_ss@mail.ru

facebook səhifəsi: İlham Süleymanoğlu

Qalareya