2024-cü ilin 15 mart tarixində saat 10:00-da seminar keçiriləcəkdir.

Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2023-cü il 28 dekabr tarixli 362/1 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Auditorlar Palatasının 2024-cü il üzrə İş Planı”nın 9.2.10-cu “Virtual aktivlərin istifadəsi ilə bağlı ƏL/TMM təhlükələri də daxil olmaqla, yeni ödəniş üsulları və texnologiyalarından sui-istifadə hallarının araşdırılması və təqibinə dair seminarın keçirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) və 9.2.12-ci “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası barədə seminarın keçirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov) bəndlərində nəzərdə tutulmuş mövzular üzrə 2024-cü ilin 15 mart tarixində saat 1000-da seminar keçiriləcəkdir.

Sizdən xahiş edirik ki, həmin seminarda fəal iştirak edəsiniz.

Tədbirə aşağıdakı linklə qoşula bilərsiniz:

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09