Əliyev Elçin Məmmədəli oğlu

 

Əliyev Elçin Məmmədəli oğlu 26.06.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilli iqtisadçı, hüquqşunas və riyaziyyatçıdır. Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyi, Ticarət Nazirliyi, Əmlak Nazirliyi, Dövlət Nəzarət Müfəttişliyində İdarə rəisi vəzifələrində çalışmışdır. 30 ildən çox iqtisadiyyat, maliyyə nəzarəti və xarici iqtisadi əlaqələr üzrə peşəkar təcrübəyə malikdir. Yeni Azərbaycan Partiyasının 1997-ci ildən üzvüdür.

Azərbaycan Respublikası Auditorlar Palatasının Fəxri auditorudur. Əsas ixtisaslaşması daşınmaz əmlakın və risklərin qiymətləndirilməsi, xarici iqtisadi əlaqələr və dövlət təşkilatların auditidir. Audit, qiymətləndirmə və konsaltinq təcrübəsinin inkişafında yaxından iştirak və rəhbərlik etmişdir. Xüsusi qurumların, dövlət qurumların və qeyri-kommersiya təşkilatların auditi və qiymətləndirilməsi üzrə ekspertlər qruplarına rəhbərlik etmişdir.

2001-ci ildən Auditorlar Palatasının üzvüdür. Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin Sədri və Beynəlxalq Əlaqələr üzrə Komitənin Sədr müavini vəzifələrində işləmişdir.

2008-ci ildən BKR International Beynəlxalq Audit Şirkətinin Azərbaycan Nümayəndəliyi olan BKR IŞIK Consulting şirkətinin İdarəedici Partnyorudur.

2010-cu ildə Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri Auditor” döş nişanına layiq görülmüşdür.

2012-ci ildə “Fəxri Fərman”la təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15.04.2021-ci il tarixli Sərəncamı ilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qalareya