12 sentyabr 1982-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bakalavr dərəcəsi üzrə, 2010-cu ildə isə həmin fakultəni magistr dərəcəsi üzrə bitirmişdir.
2010-cu il tarixdən etibarən bir çox yerli və xarici şirkətlərdə mühasib, baş mühasibin müavini, baş mühasib, maliyyə direktoru kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü kimi təsisçisi və rəhbəri olduğu “Bizcon Audit” MMC vasitəsilə Auditorlar Palatasının təqdim etdiyi lisenziya ilə müəssisələrdə, təsərrüfat subyektlərində audit yoxlamalarını həyata keçiririr.
Bir çox yerli və beynəlxalq sertifikatlara malikdir və bir neçə nüfuzlu yerli və xarici təşkilatların üzvüdür. Kitab və bir neçə elmi məqalələrin müəllifidir.
Qalareya