İsmayılov Elxan Əsgər oğlu

 İsmayılov Elxan Əsgər oğlu, 19 avqust 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur..

1969-cu il tarixdə Bakı şəhərinin 62 nömrəli orta məktəbinə daxil olmuş və 1979-cu ildə həmin məktəbi bitirmişdir..

1979-cu ilin avqust ayında Latviya Respublikasının,Riqa şəhərindəki RLTUQA Mülki Aviasiya İnstitutuna daxil olmuş və 1982-ci ildə onu bitirmişdir.

Mülki Aviasiya İnstitutunu bitirdikdən sonra həmin 19 aprel 1982-ci il tarixdən 09 ilyun 1987-ci il tarixinədək Bakı şəhəri, Zabrat Aviasiya Birliyində rabitə-texnik və mühəndis-texnik tərkibində çalışmışdır.

1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1992-ci il də Azərbaycan Neft Akademiyasının Neft və Qaz Sənayesinin İqtisadiyyatı və Təşkili fakultəsini bitirmişdir..

15 iyun 1987-ci il tarixdən 22 mart 1993-cü il tarixinədək Azərbaycan Dövlət Neft Şirkətinin “BULLA” adına Dəniz Qazıma Kəşfiyyat İdarəsinin Plan- İqtisad Şöbəsində iqtisadçı, baş iqtisadçı və sonradan Plan-İqtisad Şöbəsinin Şöbə rəisi vəzifələrində işləmişdir..

31 mart 1993-cü il tarixdən 05 noyabr 2002-ci il tarixinədək Azərbaycan Respublikası Baş Dövlət Vergi İdarəsinin Sabunçu rayon Dövlət Vergi Müfəttişliyinin “Hüquqi şəxslərin vergiyə cəlb edilməsi”  şöbəsinin və sonradan Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbəsinin dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi-bölmə rəhbəri vəzifələrində işləmişdir.

05 noyabr 2002-ci il tarixdən 03 aprel 2009-cu il tarixinədək Azərbaycan Respublikası Vergilər Nazirlnin Aparatının Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifələrində və sonradan Bakı şəhəri Vergi Departamentinin 3 saylı Filialının Bəyannamələr şöbəsinin Baş dövlət vergi müfəttişi vəzifələrində çalışmışdır.

22 yanvar 2010-cu il tarixdən 05 noyabr 2013-cü il tarixinədək.Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Vergi risklərinin təhlili şöbəsinin 2-ci bölməsinin, sonradan həmin Departamentin Vergi risklərinin təhlili şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləmişdir.

05 noyabr 2013-cü il tarixdən 02 dekabr 2016-cı il tarixinədək VN-yi yanında Vergi Auditi Departamentinin Digər Xidmət sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi, 02 dekabr 2016-cı il tarixdən05 yanvar 2017-ci il tarixinədək VN-yi yanında Bakı Vergilər Departamentinin Pərakəndə ticarət və ictimai iaşə sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi, 05 yanvar 2017-ci il tarixdən 15 fevral 2019-cu il tarixinədək VN-yi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Ticarət fəaliyyəti ilə məşğul olan vergi öhdəlikləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzrət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vəzifələrində çalışmışdır.

2019-2023-cü illərdə Xüsusi razılıq (Lisenziya) əsasında auditor fəaliyyəti ilə məşğul olmuşdur. 2019-2023-cü illərdə “ELVİ AUDİT” MMC-nin Direktor-auditoru olmuşdur.

30.01.2024-cü il tarixdən “ELVİ AUDİT FİNANS” MMC-nin Direktor-auditorudur.

Azərbaycan Respublikasının Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin üzvü olmuşdur.

Dövlət səlahiyyətli orqanlarının sfarişi ilə aparılan yoxlamalarda daimi fəal iştirak edir.

30 mart 2021-ci ildə Ölkədə auditin inkişafında, auditor peşəsinin nüfuzunun yüksəldilməsindəki xidmətlərinə görə və Palatanın ictiçai həyatında fəal iştirakına görə “FƏXRİ FƏRMAN” la təltif edilmişdir.

15 dekabr 2023-cü ildə Azərbaycan Respublikasında Auditin inkişafında və  Auditor peşəsinin nüfuzunun yüksəldilməsində xüsusi xidmətlərinə görə “FƏXRİ AUDİTOR” döş nişanı ilə təltif edilmişdir.

Qalareya