Əliyev Azər Hüseyn oğlu

 

Azər Hüseyn oğlu  Əliyev

sərbəst auditor

Telefon: +994502727721

E-mail:azeralisoy@mail.ru

30  may 1972-ci ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub, 1989-cu ildə orta məktəbi bitirib. Ailəlidir, 2 övladı var.

1997-ci ildə Naxçıvan Dövlət Universitetinin “İstehsalın iqtisadiyyatı və idarə edilməsi ” fakultəsini bitirərək “İqtisadçı” ixtisasına  yiyələnmişdir. Cox saylı elmi konfranslarda və seminarlarda iştirak etməklə yanaşı , bir sıra tədbirlərin təşkilatçısı və moderatoru olmuşdur.

Azər Əliyev 10 ildən artıq yaxın müddətdə  vergi orqanlarında  müxtəlif vəzifələrdə, 4 ilə yaxın “Azəsu” ASC-nin daxili audit departamentində daxili auditor, həmçinin rabitə, tikinti və təhsil müəssisələrində baş mühasib və maliyyə direktoru kimi vəzifələrdə çalışmışdır. 2016-cı ilədn Auditorlar Palatasının üzvüdür. Əmək fəaliyyəti dövründə mövcud qanunvericiliyi mükəmməl mənimsədiyi üçün yerli və xarici şirkətlərin maliyyə hesabatlarının hazırlanması və vergi orqanları ilə yaranan mübahisəli məsələlərin həllində uğurlu addımlar atmışdır.

     Azərbaycan Respublikası Auditorlar Palatasında “Auditin inkişafı, şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizə və hesabatlılığın təkmilləşdirilməsi sahəsində zəruri tədbirlər sisteminin hazırlanması və tətbiqi istiqamətində operativ müzakirələrin aparılması və qərarların qəbul edilməsi məqsədi ilə yaradılmış “Dəyirmi  Masa” -nın üzvü, “Keyfiyyətə nəzarət və keyfiyyətin idarə olunması”  komitəsinin müfəttişi , həmçinin “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalar üzrə” auditor kimi mühüm sahələrdə öz fəaliyyətini davam etdirməkdədir. 

Sərbəst auditor kimi fəaliyyəti ərzində  dəfələrlə Auditorlar Palatasından  təşəkkürnamə və fəxri fərmanla ilə təltif olunmuş və 2021-ci il auditor reytinginə görə 3-cü yerə layiq görülmüşdür.

 

Qalareya