AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2017-11-08


2017-ci il 8 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvlərinin və Palata Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
1.   Auditorlar Palatasının 2018-ci il üzrə iş planı barədə 
2.   Auditin statistik göstəricilər sisteminin təhlili və müvafiq icmalın hazırlanması barədə 
3.   Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə bağlanacaq partnyorluq sazişinin layihəsinin müzakirəsi barədə 
4.   Auditə dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat xarakterli materialların nəşr etdirilməsi barədə 
5.   Qanunvericiliyə təklif olunan dəyişikliklər layihələri barədə