Əkbərov Elçin Ehtibar oğlu

5 iyul 1985-ci ildə Şəki şəhərində doğulmuşdur.

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu (Beynəlxalq İqtisadi Münasibətlər), 2008-ci ildə isə eyni universitetin Maliyyə üzrə MBA təhsilini magistr dərəcəsi üzrə bitirmişdir. 2012-2015-ci illərdə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda doktorantura təhsili almışdır.

2008-2010-cu illərdə PwC Azərbaycan şirkətində, 2010-2014-cü illərdə Nexia EA şirkətində vergi və hüquq departamentinin rəhbəri olmuşdur.

2014-2015-ci illərdə İ.T.C. Qrup şirkətində daxili audit şöbəsinin rəhbəri olmuşdur.

2016-cı ildən Consulting Group şirkətinin auditoru, həmtəsisçisi və direktorudur.

2017-ci ildə Amerikada, 2018-ci ildə Almaniyada təlim, təcrübə və ixtisasartırma kurslarında iştirak etmişdir.

2023-cü ildə ölkədə auditin inkişafında, auditor peşəsinin nüfuzunun yüksəldilməsindəki xidmətlərinə və Palatanın ictimai həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Qalareya