Hacaliyev Elşad Nuriq oğlu 1981-ci ildə Xırdalan şəhərində anadan olmuşdur, orta təhsilini Bakı şəhərində bitirmişdir. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr pilləsini, 2006-cı ildə isə həmin universitetin magisturatura pilləsini bitirmişdir. 2005 – 2011-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi xidməti orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2013 – 2014 illərdə HOLCIM (AZERBAIJAN) ASC-də vergi meneceri vəzifəsində çalışmışdır. 2015- ci ildən “OTA CONSULTING” MMC-nin təsisçisi, eyni zamanda 2018-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür, sərbəst auditordur. Vergi qanunvericiliyinin tədrisi sahəsində 15 ildən çox peşəkar təcrübəyə malikdir. 2013-cü ildə çapdan çıxmış “Vergilər, qanunvericilik və praktika” kitabının müəllifidir.
Qalareya