Azərbaycan Respublikasının Auditorlar Palatasında 2017-ci il 07 noyabr tarixində “Korrupsiya hüquqpozmalarına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin metodiki təminatı” və “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair tələblər haqqında Qayda” mövzusunda seminar keçirilmişdir.
2017-11-07
Azərbaycan Respublikasının Auditorlar Palatasında 2017-ci il 07 noyabr tarixində “Korrupsiya hüquqpozmalarına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizənin metodiki təminatı” və “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair tələblər haqqında Qayda” mövzusunda seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açmış və müzakirə olunan məsələyə dair seminar iştirakçılarına qısa məlumat vermişdir. Daha sonra seminarın birinci mövzusu olan “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulmasına və tətbiqinə dair Metodik Göstəriş”in hazırlanması və təqdim edilməsi ilə əlaqədar Auditorlar Palatasının Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəis müavini Bəhruzə Məmmədli, ikinci mövzu olan “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair tələblər haqqında Qayda” barədə Auditorlar Palatasının Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəisi Maarif Abbasov geniş məruzə ilə çıxış etmişlər.
Sonda mövzular üzrə verilmiş suallar cavablandırılmış və səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalarda Auditorlar Palatasının üzvlərinin iştirakları ilə bağlı mövcud problemlərə dair müzakirələr aparılmışdır.