Bayramov Anar Qəşəm oğlu

17 Noyabr 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000-2004  cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin, İqtisadiyyatın Hüquqi Tənzimlənməsi üzrə Bakalavr Dərəcəsi, 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin, Maliyyə ixtisası üzrə Magistr (MBA) dərəcəsi və 2008-2015 ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

İş təcrübəsinə 2002-2006-ci illərdə Kapital Audit LTD, Auditor köməkçisi, Auditor, 2006-2008-ci illərdə Access Bank Azərbaycanda Daxili Auditor, 2008-2017-ci illərdə Yapı Kredi Bank Azərbaycanda, Daxili Nəzarət Departamentinin Direktoru, AML Uyum ofisi rəhbəri, Filial Müdiri vəzifələrində çalışmışdır. 2017-2020-ci illərdə AFB Bank Azərbaycanda Baş Direktor və 2020-ci ilin Fevral ayından Auditor fəaliyyəti ilə məşğul olan “İnvest Finance” MMC-də Təsisçi – Direktor – Auditor kimi çalışır. 29 dekabr 2015-dən Auditor kimi lisenziyaya sahibdir. Müxtəlif “Mühasibatlıq”, “Beynəlxalq Maliyyə Hesabatları Standartları”, “Daxili Audit Əsasları”, “Risklərin iradə edilməsinin təşkili”, “İT Audit”, “Maliyyə planlaşdırması və büdcə”, “AML qaydalarına dair tələblərin tətbiqi” və s. ixtisasartırma kurslarında iştirak etməklə yanaşı Daxili Auditorlar İnstitutunun üzvü olmuşdur.

2023-cü ildə Auditorlar Palatasının fəxri auditor döş nişanı ilə təltif edilmişdir.

Ailəlidir. 2 uşağı var. 

Qalareya