Hüseynov Əşrəf Mübariz oğlu

  

Hüseynov Əşrəf Mübariz oğlu 08 aprel 1988-ci ildə Salyan rayonunda anadan olmuşdur. 2005-ci ildə Bakı Atatürk Litseyindən məzun olmuş və həmin il Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndis İqtisadiyyatı və idarəetmə fakultəsinə daxil olmuşdur. 2009-cu ildə bakalavr dərəcəsini fərqlənmə diplomi ilə bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr dərəcəsinə qəbul olunmuşdur. 2012-ci ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2018-ci ildən “ACCA” diplomunun, 2020-ci ildə isə “PMP” sertifikatının sahibidir.

2011-2017-ci illər ərzində Dövlət Sosial Müdafə Fondunda dövlət qulluqçusu kimi çalışmışdır.

Daha sonra “Gilan Holding”-də maliyyə nəzarətçisi, “KMPG Azerbaijan” şirkətində auditor, “R and M Electrical Group” şirkətində maliyyə meneceri, “Azeri Mining Group” MMC-də maliyyə direktoru vəzifəsində işləmişdir.

Hal-hazırda “Orion Consulting” MMC-də auditor vəzifəsində işləyir.

 

Qalareya