Qurbanlı Ziya Tofiq oğlu 24 dekabr 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə 189 nömrəli orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin 2001-ci ildə bakalavr, 2003-cü ildə isə maqistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-2005-ci illər ərzində Sərbəst Auditor Axundov Nazim Zakir oğlunun assistenti, ÜMİD-98 HSDM-də mühasib, SİAR Şirkətlər qrupunda maliyyə müdiri vəzifələrində çalışmışdır. 2005-ci il tarixindən etibarən lisenziya və xüsusi icazə əsasında auditor fəaliyyəti göstərir. 2015-ci ildə Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri auditoru” adına layiq görülmüşdür. Hal-hazırda auditor fəaliyyətini “HIMMARA AUDIT” MMC-də idarəedici partnyor qismində davam etdirir. Ailəlidir, 2 övladı var.
Qalareya