Alxaszadə Nigar Taleh qızı

1993-cü il iyulun 21-də Bakı şəhərində anadan olmuşdur.

2000-2005-ci illər Y.Mirzəyev adına 44 saylı məktəbdə, 2005-2011-ci illər isə T.İsmayılov adına “İntellekt-liseyi”ndə təhsil almışdır.

2011-2016-ci illər Azərbaycan Respublikası İqtisad Universitetinin “İnformatika və İdarəetmə” fakultəsində “Menecment” ixtisası almışdır.

2015-ci il 15 yanvar -2017-ci il 1 may tarixində “AtaHolding” ASC-də “Maliyyə Departamenti”nin “Maliyyə və Büdcə Şöbəsi”nin mütəxəssisi vəzifəsində çalışmışdır.

2016-cı ilin may ayında Azərbaycan Respublikası İqtisad Universitetinin təyin etdiyi təcrübə işi proqramı ilə “AtaTexnologiya” MMC-də 1 aylıq təcrübəçi vəzifəsində çalışmışdır.

2017-ci ilin 5 may – 2018-ci il 14 iyun tarixində  “AtaBank” ASC-də “Müştəri Xidmətləri Departamenti”nin mütəxəssisi vəzifəsində çalışmışdır.

2018-ci ilin 08 avqust - 2019-cu ilin 10 yanvar tarixində “Business Service Center” MMC-də təcrübəçi kimi fəaliyyət göstərmişdir.

2019-cu ilin 04 fevral -  2020-ci ilin 15 yanvar tarixində “Capital Consulting Center” MMC şirkətində baş mühasib vəzifəsində çalımışdır.

2020-ci ildən hal-hazıradək sərbəst auditor kimi fəaliyyət göstərir.

2023-cü il 09 oktyabr tarixindən Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin baş mütəxəssisi vəzifəsində çalışır.

2023-ci ildə Auditorlar Palatasının “Fəxri auditor” adına layiq görülmüşdür.

Qalareya