Qurbanov Elçin İbad oğlu

13 iyul 1973-cü ildə Qazax rayonunun Yenigün kəndində anadan olmuşam. 1977-ci ildə Bakıda yaşayırıq. Orta məktəbi Bakıda bitirmişəm, paralel Az. Res. MN -nin 1 saylı İncəsənət məktəbini bitirmişəm. Az. Dövlət Sənaye Universitetini bitirmişəm, Az. Dövlər İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə ixtisasartırma təshili almışam, Poltava Ticarət və İqtisadiyyat Universitetində qırmızı diplomla ( idarəetmə ) magist pilləsi qazanmışam və dərhal aspiranturaya daxil olmuşam. Sovxozda, Dövlət xəstəxanasında, YNBNZ-də ,Biznes sahəsində,Fəhlə, anbardar, mühasib, Konslatinq təşkilatında rəhbər işində çalışmışam. 49 qanun layihəsi  ( Az. Res. Vergi məcəlləsi, Az. Res Gömrük məcəlləsi,Az. Res. Mülki Məcəlləsi və digər NHS) ilə təklif layihəsinin təşəbbüskarı və tərtibatçısı olmuşam. İctimai əsaslara Az. Res. Milli Məclisi Deputatının müşaviri olmuşam. " Vergi Fəlsəfəsi və onun İdeoloji əsasları" Kitabının müəllifiyəm, Müstəqil İqtisadçı ekspert, 2013-cü ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüyəm, 5 il Az. Res, Auditorlar Palatası Şurası Yanında Auditor xidmətinə dair Qanunvericilik və Hüquq komitəsinə Sədrlik etmişəm.. "Müflisləşmə mərhələsində olan müəssisələrin Auditinə dair metodik vəsaitin" həmmüəllifiyəm. Şəffaflıq və hesabatlılıq və yeni dövrün çağırışları mövzusunda Beynəlxlaq Elmi Praktik  konranslarda iştirak etmişəm. Məruzə etmişəm və təkliflər vermişəm. Beynəlxalq konfrans materiallarına dair kitablarda elmi məqalələrim dərc olunub. Xaricdə və yerli Elmi jurnallarda çoxsaylı elmi, yüzlərlə iqtisadi və siyasi məzmunlu publisistik məqalələrin müəllifiyəm. Hazırda auditor fəaliyyəti ilə yanaşı Azərbaycan Respublikası Auditorla Palatası Şurası Yanında "Cinayət Yolu ilə Əldə edilmiş Əmlakın Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə" komitəsinə sədrlik edirəm. Ailəliyəm üç övladım var.  

 

Qalareya