Alıyev Köçəri Əmrah oğlu

Alıyev Köçəri Əmrah oğlu 26.06.1956-cı ildə Gədəbəy rayonu, Arabaçı kəndində anadan olmuşdur. 

1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat-uçotu fakultəsini bitirmişdir.

24 dekabr 1999-cu ildə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən ilk dəfə Sərbəst Auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır.

Sərbəst Auditor fəaliyyəti ilə məşğul olmaq üçün sonuncu icazəni 07.01.2020-ci il tarixində almışdır.

Fəaliyyət göstərdiyim dövrdə Palata tərəfindən Fəxri Fərman və Fəxri adla təltif olunmuşdur.

Hal-hazırda Sərbəst Auditor fəaliyyəti ilə məşğuldur.

Qalareya